Mənim gündəliyim müsabiqəsi

Müsabiqə şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi,oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi,Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə şagirdlərin məlumatlıq səviyyəsinin artırılması istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə təşkil olunur.

Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 5-9 cu sinif şagirdləri də bu müsabiqəyə qoşuldu.Şagirdlər oxuduqları əsərlərin qısa məzmunu barədə öz fikirlərini yazıb bir-birindən maraqlı gündəliklər təqdim etdilər.

Məktəb rəhbərliyi,Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən yoxlanılan gündəliklərdə şagirdlərin oxuduğu bədii ədəbiyyat haqqında ətraflı fikirləri,mövzulara uyğun çəkdikləri rəsmlərdən şagirdlərin mütaliəyə böyük maraq göstərdikləri məlum oldu.Məktəb turunda yer tutan şagirdlər fəxri fərmanlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi