Müstəqilliyimiz əbədidir

28 May-Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş,hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür.1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan tarixi,mədəniyyəti,dili,dini sıxışdırılan Azərbaycan xalqı özünün və şərqin ilk demokratik,hüquqi,dünyəvi və parlamentli respublikasını yaradıb.

Cümhuriyyət çox az müddət mövcüd olsa da,Azərbaycan xalqının milli-vətənpərvər ruhunun,azadlıq,müstəqillik arzusunun alovlanmasına təkan verdi.Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki,mümkün olmadı.Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb.Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub.Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına,dövlətinə nə qədər bağlı olduğunu,bu yolda nə qədər cəsarətli,dönməz olduğunu bir daha göstərdi.

27.05.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirildi.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və 28 May-Müstəqillik Gününə həsr olunmuş rəsm müsabiqələrində qalib olmuş şagirdlər fəxri fərmanlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi