Uşaqlar sevinsin həmişə

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir. Hər kəs uşaqlar qarşısında məsuliyyət daşıyır, onları harmoniya, sevgi, qayğı ilə əhatə etmək təkcə valideynlərin yox, bütün insanların borcudur. Dinindən, irqindən asılı olmadan bütün uşaqların xoşbəxt,tam, sağlam, rahat yaşaması üçün böyüklər əllərindən gələni etməli, hər kəs özünü onların valideyni saymalıdır.

01.06.2022-ci il tarixdə məktəbimizdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş təntənəli tədbir keçirdik. Tədbirdə körpə fidanlarımız asfalt üzərində bir-birindən maraqlı şəkillər çəkdilər, mahnılar oxuyub, rəqs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi