Sən azadsan Şuşam!

Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə may ayının 8-i Şuşanın işğalı günü kimi qeyd edirdi.Şuşanın işğalı Azərbaycan xalqının yaddaşında dərin və ağır izlər buraxmışdı.Azərbaycan xalqı heç zaman həmin ağır günləri unutmayacaq.Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan xalqı gələcəyə baxmağı bacarır.

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı qısa müddətdə Şuşanı düşmən işğalından azad etdi.Bəli Şuşa artıq azaddır.

Bu il Azərbaycan xalqı mayın 8-ni artıq Şuşanın işğal günü kimi qeyd etmir.Azərbaycan xalqı çox xoşbəxtdir çünki Şuşa bizimdir və əbədi olaraq da bizim olacaq.

Bildiyiniz kimi Prezidentimiz İlham Əliyev bu ilin Şuşa ili elan olunması haqqında fərman imzalamışdı.

25.05.2022-ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Şuşa ilinə həsr olunmuş əl işlərindən ibarət sərgi təşkil olundu.

Bir-birindən maraqlı əl işləri nümayiş etdirildi.Sərginin sonunda qaliblər müəyyən edilib,mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi