Hərbi-idman oyunları

    Hərbi-idman oyunları yetişməkdə olan gənc nəsli əməyə və vətənin müdafiəsinə hazırlayır, onlarda mətn, iradə, mərdlik, çeviklik və intizam, kollektivçilik kimi qiymətli mənəvi keyfiyyətlər aşılayır.

    Gənclərdə mətinlik, iradə tərbiyə etməkdə düşünülərək seçilmiş və düzgün təşkil edilmiş hərbi oyunlar böyük əhəmiyyətə malikdir. Gənclərin yaş və fiziki güclərinə müvafiq keçirilən oyunlar onların iradələrini səfərbərliyə alır və qələbə əldə etmək üçün onlarda inam yaradır.

    Şagirdi çətinliklərə öyrətmədən ondan möhkəm iradə gözləmək olmaz.

    İradi keyfiyyətlər içərisində məqsəd aydınlığı, çətinliklərdən qorxmadan məqsədə nail olmaq əzmi, işdə ardıcıllıq və xüsusən bələdçilik hissi əsas yer tutur.

    23.05.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin hərbi rəhbəri Ç.Nəbiyev 10a və 10b sinif şagirdləri arasında 28 May Respublika Gününə həsr olunmuş Hərbi-idman yarışları təşkil etdi. Yarışdan sonra "hərbi oyunlar sənə necə təsir etdi?"  sualı ilə şagirdlərə müraciət etdik. Onların əksəriyyətinin cavabı təxminən bu cür oldu. "Hərbi oyun bizim çox xoşumuza gəldi. Bu oyun vasitəsilə həm orduda qulluq etməyi, həm də dözümlü olmağı öyrəndik. Hərbi oyunlarda biz yoldaşa kömək etməyin, onu dardan qurtarmağın əsl mərdlik işi olduğunu öyrəndik".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi