Əzilsəmdə Susmaram

    XX əsrin əvvəllərində milli istiqlal ideyasının formalaşmasında AXC dövründə milli dövlətçilik şüurunun möhkəmləndirilməsində,milli və ictimai azadlığın itirildiyi Sovet dönəmində istiqlal ideyasının yaşaya bilməsində Əhməd Cavad irsi,müstəsna rol oynamışdır.

    Müasirləri onu mərd,mehriban bir insan,həssas təbiətli bir şair kimi xatırlayırlar.Onun haqqında yazılmış xatirələrdə göstərilir ki,Əhməd Cavad çox təmkinli,ağır adam idi.

    Böyük şair Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qaldı,hüquqları çeynənən bir ölkənin haqq səsi oldu.O,bir dəfə də olsun xalqına və qələminə xəyanət etmədi.Əhməd Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalmış və bu yolda şəhid olmuş vətənpərvər kimi,Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcək,daim yaşayacaq.

    19.05.2022-ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Əhməd Cavada həsr olunmuş "Əzilsəm də susmaram" adlı tədbir təşkil olundu.Tədbirdə ölməz şairin həyat və zəngin yaradıcılığından söhbət açıldı,ona həsr olunmuş videoçarxlar izlənildi.

    Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan bu yolda "xalq düşməni"damğası ilə güllələnən Əhməd Cavad zaman gəldi ki,xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini,layiq olduği zirvəni tutdu.Azərbaycan var olduqca bu yer onun olacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi