Təbiətin gözəliiyini qoruyaq

    Yaşadığımız dünya,bizi əhatə edən maddi aləm son dərəcə gözəl,zəngin və rəngarəngdir.Bu ətraf aləm təbiət adlanır.Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik,onun tərkib hissəsiyik.Təbiət bizim hamımızın anasıdır.

    Bizim yaşadığımız dünya çox gözəldir.O həm də əsrarəngiz və maraqlıdır.Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı,planetimizin bitki örtüyünü onun florasını və canlılar aləmini onun faunasını qorumalıyıq.

    Böyüməkdə olan gənc nəsli təbiəti sevməyə,onu qorumağa alışdırmalıyıq.

    Bu məqsədlə 18.05.2022-ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Kərimova Aysel 2d sinif şagirdləri ilə birlikdə "Təbiətin gözəlliyini qoruyaq" adlı tədbir təşkil etdilər.Çoxlu güllər əkildi,məktəbyanı sahədəki bitkilərə qulluq edildi.

    Bu tədbirləri keçirməkdə məqsədimiz uşaqları kiçik yaşlarından təbiəti sevməyi,onu qorumağı öyrətməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi