Uğurlu layihə

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin bir qrup müəllim və şagird heyətilə 15 may 2022-ci il tarixdə İsmayıllı rayonu və Lahıc qəsəbəsində olan iki orta məktəbin kollektivi ilə görüş keçirildi.Həmçinin İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbin ədəbiyyat müəllimi Ceyhun Əsgərovun qurucusu olduğu "Ümumtəhsil müəssisələrinin "dişli çarxlar" modelində əməkdaşlığı-qardaşlaşmış məktəblər" layihəsinin Lahıc qəsəbəsində bağlanış toplantısı keçirildi.Toplantıda İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbin,Bakı şəhəri Xəzər rayonu     H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin,Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin müəllim,şagird kollektivinin və müxtəlif yerlərdən dəvət olunmuş digər qonaqların iştirakı ilə keçən toplantıda layihə rəhbəri Ceyhun Əsgərov layihənin gedişi haqqında ətraflı hesabat verdi.

    Layihədə fəal iştirak etmiş məktəbimizin müəllimi Kərimli Məlahət və Əzimova Gülnarə müəllimə İsmayıllı rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmanla təltif olundular.Məktəbin direktoru Sevinc Mustafayeva bu layihənin həyata keçirildiyi vaxtda,layihədə iştirak edən müəllimlərə yaratdığı münbit əməkdaşlıq şəraitinə görə fəxri fərmanla təltif edildi.

    Toplantı iştirakçıları Lahıc qəsəbəsinin Tarixi- etnoqrafik yerlərinə ekskursiya etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi