Kitab ən yaxın dostumuzdur

    Kitab insanın ən yaxın dostudur.Kitab ruhumuzun qidasıdır. Kitab oxumaq dünya görüşmüzü,həyata baxışmızı genişləndirir.Çox vaxt heç kimdən ala bilmədiyimiz məlumatları, bizə təmənnasız kitab verir.

    13.05.2022-ci il tarixdə məktəbimizin dil ədəbiyyat müəllimi Qədirova Tamirə, kitabxanaçısı Süleymanova Nigar və psixoloq Əsgərova Aygün şagirdlərdə mütailəyə daha da maraq yaratmaqdan ötrü 5 b sinif şagirdlərini Bakı Kitab Mərkəzinə ekskursiyaya aparmışlar.

    Kitab mərkəzinin bələdçisi Ülkər xanım şagirdləri kitabxananın bütün bölmələri ilə tanış edərək onlara maraqlı məlumatlar verdi.

    Uşaqlar oxu zalında əyləşib bir-birindən maraqlı kitablar oxudular.Sonda Kitab mərkəzi tərəfindən şagirdlərə kitablar hədiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi