Karyeranın planlaşdırılması

Azərbaycan Respublikası Təhsil Nazirinin 29.07.2021-ci il tarixli F-382 nömrəli əmrinə əsasən "Ümum təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili"üzrə fəaliyyət planına əsasən 12.05.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin peşəyönümü koordinatoru Kərimova Sevinc, psixoloq Əsgərova Aygün, UBTR Orucova Şəfa və 10 B sinif şagirdləri ilə "karyeranın planlaşdırması" mövzusunda tədbir keçirdilər.Şagirdlərə ali,orta ixtisas və peşə təhsili müəssisələri tərəfindən təklif edilən proqramlar barədə məlumatlar ,həmçinin peşələrin seçmində şüurlu qərar qəbul edilməsində və peşə seçminə dair məsləhətlər verildi,şagirdlərin sualları cavablandırıldı.Təhsil almağımızda, müəyyən bir sənətin mütəxəssisi olmağımızda ən əsas məqsədlərimizdən biri uğurlu karyera qurmaqdır. Karyera - insanın həyatı boyunca işgüzar təcrübə və fəaliyyətlə bağlı fərdi düşünülmüş mövqe və davranışıdır.Nəticə olaraq demək olar ki, karyera planlaması uzunmüddətli bir prosesdir. Bu proses şəxsin ibtidai sinifdə təhsil aldığı dövrdən başlayaraq onun bütün həyatı boyunca davam edir. Bu baxımdan karyera planlaşdırılması ilə bağlı qeyd olunan tövsiyələr haqqında şagirdlərin ümumtəhsil dövründə məlumatlandırılması vacib şərtdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi