Mənim ailəm

    15 May dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsad prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir:"Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki,uşağa diqqət,qayğı hər bir ailənin,hər bir insanın əsas vəzifəsi,mənəviyyatımızın əsas hissəsi olubdur".

    Ölkəmizin inkişafı,müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır.

    Hər il olduğu kimi bu il də silsilə tədbirlər ərəfəsində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu,kitabxanaçı və UBTR-i məktəbin VI-VIII sinif şagirdləri ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş "Mənim ailəm"mövzusunda dəyirmi masa,söhbətlər,görüşlər keçirdi.Şagirdlər öz ailələri haqqında esselər yazdılar,ailə rəsmləri çəkdilər.Tədbir çox maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi