Ulu Öndərə həsr olunmuş rəsm sərgisi

    Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var.Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb,ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,qeyri-adi zəka,fitri istedad sahibi,müdrik dövlət xadimi kimi düşmüşdür.

    Şübhəsiz ki,Heydər Əliyev dühasını,onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür.Ulu Öndərimizin böyüklüyü,onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur.Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna,əməlləri isə hünər rəmzinə çevrilir.

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Ulu Öndərin anadan olmasının 99- cu ildönümünə həsr olunmuş bir çox silsilə tədbirlər keçirildi.Bunlardan biri gənc rəssamların öz rəsm əsərlərinin nümayiş etdirilməsi oldu.Məktəbdə təhsilalan müxtəlif siniflərdən olan şagirdlər məktəb həyətində, açıq havada rəsmlərini çəkib,Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi