Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

    Dünyada tarix haqqında yazanlar çox olsa da,tarix yaradanların sayı azdır.Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.

    Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir.Heydər Əliyevin mənalı həyatının hər günü,hər anı unudulmaz tarixdir,zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.

İlk olaraq o,öz həyatının,ömrünün tarixini yaradıb.Əgər Ulu Öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi,özünün şəxsi,ailə və cəmiyyət həyatında mövqeyi qiymətləndirməsəydi,bu yolda qətiyyətli addımlar atmasaydı, o, ümumxalq məhəbbəti qazanıb,bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi.

    Ulu Öndər həmişə,hər zaman ən ağır anlarda belə,xalqı ilə bir olmuş,xalqının səsinə səs vermişdir.

    Ulu Öndərin anım günü H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə də böyük həvəslə qeyd edildi.Məktəbin tarix müəllimi Səmayə Rzayeva VIII a sinif şagirdləri ilə kitabxanada "dəyirmi masa" keçirdi.Şagirdlər Ümummilli liderin həyat yolu,zəngin siyasi fəaliyyəti haqqında maraqlı çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi