Risk qrupuna daxilolma ehtimalı olan şagirdlərlə söhbət

    Çətin tərbiyə olunan uşaqların aşkar edilməsi və onlarla korreksiya işinin aparılması məktəbdə müntəzəm gördüyümüz işlərdən biridir.Məktəb reallığını nəzərə alsaq bu gün doğrudan da çətin tərbiyə olunan uşaqlar var.Uşağın çətin uşaq kimi özünü biruzə verməsində böyüklərin "əməyi" daha çoxdur.Çətin uşaqlar sözə baxmayan, şıltaq, tərs, intizamsız,kobud,tənbəl,yalançı,asosial olurlar.Onların böyük əksəriyyəti ünsiyyət tələbatı nəinki ailədə,həm də məktəbdə təmin olunmayan yeniyetmələrdir.Bu yeniyetmələrin tərbiyəsinin çətinləşməsi,kobudlaşması məhz ailə ilə bağlıdır.Ailədə ailədaxili münasibətlər düzgün qurulmayanda ən çox əziyyət çəkən uşaqlardır.Bu da onlarda mənfiliyə doğru aparır, insani hisslərdən uzaqlaşdırır.

Çətin tərbiyə olunan uşaqların valideynlərini məktəbə dəvət edərək onlarla valideyn uşaq münasibətləri haqqında danışdıq.Daim nəzarətdə saxlamaq şərti ilə çətin tərbiyə olunan uşaqları həvəsləndirici və maraqlı məktəb işlərinə qoşuruq.Müəllimlərə həmin şagirdlərlə düzgün münasibət qurub,onların gördükləri işin qarşılığı olaraq mükafatlandırmağı məsləhət bilirik.

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR ,psixoloqu bu mövzu ətrafında disskusiya keçirdi və müxtəlif siniflərdən olan şagirdlərin fikri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi