"Ailəm və məktəbim"

    "Valideynin məktəbdə bir günü" adlı layihənin təşkil olunmasının əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq,valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

    Layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin edir.Həmçinin müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır.

    04.05.2022-ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Valideynin məktəbdə bir günü"layihəsi həyata keçirildi.Tədbirin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları məktəblə tanışlığının təmin olunması qeyri-formal mühitdə məktəbin inzibati,pedoqoji və texniki işçi kollektivi ilə ünsiyyətin platformasının yaradılması idi.Layihə çərçivəsində valideynlər fənn otaqları,kitabxana,psixoloq otağı ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi