Təbiət bizim sağlamlığımızdır

    Yaşadığımız dünya bizi əhatə edən aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm Təbiət adlanır. Əslində biz özümüz də təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır. Meşələrin qırılması və ətraf mühitin çirklənməsi bitki aləminə zərbə vurur,nəticə etibarı ilə insanların sağlamlığına hətta həyatına təhlükə yaradır. Bu səbəblərə görə təbiətin qorunması bizim planda ən vacib məsələlərdən biridir.

    29.04.2022-ci il tarixdə ənənəmizə sadiq qalaraq məktəbimizin biologiya müəllimi S. Əliyeva VIII c sinif şagirdləri ilə məktəbin həyətində abadlıq işləri apardılar. Ağacların dibi belləndi, alaq otları vuruldu və sahə sulandı.

    Bu tədbirləri keçirməkdə məqsədimiz uşaqları kiçik yaşlarından təbiəti sevməyi, onu qorumağı öyrətməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi