Azərbaycan Milli İncəsənət Muzeyi

    Azərbaycan Milli İncəsənət Muzeyi qədim zamanlardan müasir dövrə qədər yaradılmış təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin mühafizə edildiyi zəngin xəzinədir.Təsviri incəsənətin bütün növlərini tam dolğunluğu ilə əks etdirən muzeydə Azərbaycan,Qərbi Avropa,Rus incəsənəti nümayiş olunur.Muzeydə arxeoloji qazıntılar zamanı tapılmış dulusçuluq məmulatları,orta əsrlərə aid bədii metal nümunələri,qədim xalça və xalçaçılıq məmulatları,miniatür və əlyazma kitabları,milli geyimlər və zərgərlik nümunələri nümayiş etdirilir.

    Şagirdlərimizin zövqünü formalaşdırmaq məqsədilə 27.04.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimi G.Əzimova 6c sinif şagirdləri ilə Azərbaycan Milli İncəsənət Muzeyində ekskursiyada oldular.

    Gülnarə müəllimə və şagirdləri muzeyin işçilərinə öz minnətdarlığını bildirdilər,burada olan təəssürat şagirdlərin yaddaşından heç bir zaman silinməyəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi