Məktəbdə Dövlət Bayrağı Günü keçirildi

08.11.2016-cı il tarixdə H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə “Dövlət Bayrağı Günü” nə həsr edilmiş Breyn-rinq keçirildi. Breyn-rinqdə məktəbin VIII-IX-X-XI sinif şagirdləri iştirak etdilər. Çox maraqlı yarışma keçirildi. Sonda qaliblər müəyyən edildi. İştirak edən 6 komandadan 3-ü müəyyən yerlərə layiq görüldülər. I yeri “Zəka”, II yeri “Xəzər” , III yeri “Bayraq” komandası qazandı. Qaliblər məktəb rəhbərliyi tərəfindən diplomla təltif edildilər. Fasilə vaxtı məktəbin Vb sinif şagirdləri Dövlət Bayrağına həsr edilmiş şeirlər söylədilər. Qoy Azərbaycanın Bayrağı həmişə yüksəklərdə dalğalansın.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi