Zərifə Xanım Əliyevanın Anım Günü

    Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.

    "İnsan var üzündən,insan var izindən tanınar"deyib atalar.Üzündən tanınanların ömrü yaşadıqları günlərin sayı qədər olur və sonradan unudulur,zaman ötdükcə hətta yaxınlarının da xatirindən silinirlər.Onları xatırlamağa,yad etməyə zərurət belə yaranmır.

    Lakin izindən tanınanlar əməllərilə insanların,zaman-zaman formalaşan nəsillərin qəlbində hər vaxt ucalır,əbədi yaşamaq haqqı qazanır.Belə şəxsiyyətlərin qoyduqları iz neçə-neçə insanın həyat yoluna çevrilir və bu yol onlara hər zaman uğur gətirir.Bu yolu tutanlar əzmkar,mətin,mübariz olur,özündən daha çox başqalarını düşünür,haqq-ədaləti,düzgünlüyü hər şeydən üstün hesab edirlər.

    Belə şəxsiyyətlərdən biri də bütün ömrünü xalqının,millətinin yolunda şam kimi əridən,tarixdə və insanların qəlbində dünya durduqca yaşamaq haqqı qazanan,sadəliyi ilə bəşəriyyəti,ucalığı ilə göyləri fəth edən Zərifə Əziz qızı Əliyevadır.

    Zərifə xanım Əliyevanın anım günü münasibətilə H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin kitabxanaçısı kitabxanada oxucuları,UBTR və TTİ üzrə dorektor müavini ilə birlikdə dəyirmi masa təşkil etdi.Şagirdlər Zərifə xanımın həyat və fəaliyyəti barədə məlumatı dinləyib tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi