Valideynlərlə işin təşkili

    Ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilinə pedaqoji işçilərlə yanaşı, təhsilalanların valideynləri də cəlb olunur. Valideynlər övladlarının peşə seçimində mühüm

rola malikdirlər. Uşaqlar peşələr haqqında ilkin təsəvvürləri məhz valideynlərinin, yaxın qohumlarının peşəsi vasitəsilə əldə edirlər. Bu və ya digər peşəyə qarşı təhsilalanlarda münasibət həm valideynlərin öz peşəsinə qarşı münasibəti, həm də valideyn-övlad münasibətlərinin xüsusiyyətləri ilə səciyyələnir.

    26.04.22 tarixində H.Z.Tağıyev adına 123 nömrəli məktəbin peşəyönümü koordinatoru Kərimova Sevinc,psixoloq Əsgərova Aygün və UBTR Orucova Şəfa "təhsilalanların peşə seçimində valideynlərin rolu" mövzusunda maarifləndirici tədbir təşkil ediblər.

    Tədbirin sonunda peşəyönümü üzrə valideynlərlə sorğu da keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi