"Valideynin məktəbdə bir günü"

    Şagirdlərin məktəb həyatının uğurlu olması üçün məktəblə ailənin birgə işi həlledici amildir. İstər məktəb daxili, istərsə də sinifdənxaric işlərdə valideynlərin həvəskarlığı, canyandırması və fəal köməyi vacibdir. Bu məqsədlə yaradılmış Məktəb-Valideyn Birliyi əlaqələrin tənzimlənməsində aparıcı qüvvədir.

    Müntəzəm olaraq valideyn-müəllim görüşləri şagirdlərin vəziyyətini ətraflı təhlil etmək, məktəbin işi qayğıları ilə tanış olmaq, nəticədə bütün məsələləri vaxtında, həm də düzgün həll etmək imkanı yaradır.

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi. Valideynlər məktəbin sinif otaqları, dəhlizləri və məktəbin yeməkxanası ilə tanış oldular. Bu görüş valideynlərə məktəbin həyatında onların iştirakının nə qədər önəmli olduğunu dərk etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi