Hərbi Qənimətlər Parkına ekskursiya

    "Hərbi Qənimətlər Parkı"Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr-10noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır.

    Qənimətlər parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir.

    Hərbi Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşənlər,onlara havadarlıq edənlır üçün kabus,bütün Azərbaycansevənlər üçün isə fəxarət məkanıdır.

    Gələcək nəslin hərbi vətənpərvərlik ruhda böyüməsi üçün bizdə əlimizdən gələni əsirgəməməliyik.Bu məqsədlə 23.04.2022-ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimi Gülnarə Əzimova 6c sinif şagirdləri ilə Hərbi Qənimətlər Parkında ekskursiyada oldular.Parkdakı eksponatlar şagirdlərin dərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi