“Açıq qapı”

    Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tədbiri keçirilib.

    22 aprel tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) tərəfdaşlığı ilə “Açıq qapı” tədbiri keçirilib.

    Tədbirdə H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin peşəyönümü koordinatoru Kərimova Sevinc ,UBTR Orucova Şəfa və məktəbin 8b ,7d sinif şagirdləri də iştirak edib.

    Tədbir zamanı şagirdlər peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. Tədbirdə kostyum ustası, tikişçi, dizayner, aşpaz, qənnadçı-şirniyyatçı, florist, zərgər, ağac nəqqaşı, xalçaçı və qrim kimi müxtəlif istiqamətləri əhatə edən stendlərdə tələbələrin əl işləri sərgilənib, ustad dərsləri təşkil edilib.

    "Açıq qapı” günündə şagirdlər peşədə inklüziv tədris və xidmətlər, hazırki qəbul qaydaları, peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində cari fəaliyyətlər haqqında ətraflı öyrəniblər, o cümlədən uğurlu məzunlar və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi