Gəlin birlikdə oxuyaq!

    Bu gün 23 aprel Dünya Kitab Günüdür.Kitab mədəniyyətdir,kitab azadlıqdır,kitab sevgidir,kitab dostluq sədaqətdir, kitab sülhdür,kitab əməkdir,bu siyahını uzatmaq olar. Lakin kitab dedikdə həmişə ağlıma insan və əməyi gəlir.Bir kitab ərsəyə gəlsin,insanlar oxusun,cəmiyyət formalaşsın deyə ağaclar kəsilir,təbiətin oksigenindən insanlara pay verilir ki,gələcək daha aydın beyinlər üzərinə qurulsun.Bir kitabın ərsəyə gəlməsi üçün saysız insan gözündən nur verir,zamanını xərcləyir,saysız zəhmətkeşin əlləri qabar bağlayır.....

    Ey yurdumun gözəl insanları, gəlin kitabları sevək,sevdirək,kitab oxuyaq,kitab oxudaq,kitab alaq,kitab aldıraq,kitablardan xonça tutulsun,pay seçilsin.Kitabsız həyat qaranlıq, zülmət bir gecədir.

    22.04.22 – ci il tarixində Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında V b sinif şagirdləri, ədəbiyyat müəllimi Tamirə Qədirova, kitabxanaçı Nigar Süleymanova, UBR Şəfa Orucova “Kitab Günü” ilə bağlı tədbir təşkil etdilər. Tədbirdə Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanından kiçik bir parça, Ənvər Məmmədxanlının “Qızıl Qönçələr” hekayəsi, Andersin nağılları kitabından “Kibrit satan qız” hekayəsi şagirdlər tərəfindən oxunub müzakirə olundu. Hər üç əsərdən acı taleh yaşayan uşaqların həyatı, yaşam tərzi müqayisə olundu. Uşaqlar əsərlərlə bağlı sərbəst fikirlərini yürütdülər.

Bütün kitabsevərlər və sevdirənlər bayramınız mübarək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi