Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya

    Bildiyimiz kimi ekskursiyaların köməyilə şagirdlər öyrənilən obyekt və hadisələrlə birbaşa tanış olurlar.Ekskursiyalar tədrisin elmi və praktiki xarakterini artırmağa,onun həyat və təcrübə ilə əlaqəsini gücləndirməyə imkan verir.

    18 aprel Beynəlxalq abidələr və Tarixi yerlər günü kimi qeyd olundu.Hər il bu tarixdə muzeylərə,tarixi məkanlara ekskursiyalar təşkil olunur.

    18.04.2022-ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 6c sinif şagirdləri və sinif rəhbəri Əzimova Gülnarə Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada oldular.

    Şagirdlər muzeydə xalqımızın tarixinə,təsərrüfat və məişət həyatına aid maraqlı eksponatlarla tanış oldular.Xüsusi tarixi-bədii əhəmiyyət kəsb edən eksponatlar şagirdlərimizin dərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi