Yerli Demokratiya həftəsi günü tədbiri keçirildi

H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə 04.11.2016-cı il tarixdə Mərdəkan bələdiyyəsindən Bələdiyyə sədrinin müavini Jalə Əsgərova və Bələdiyyənin Daimi Komissiyasının sədri Sevil xanım Mansurova məktəbimizin bir qrup şagirdləri ilə görüş keçirdilər. Görüşdə ilk olaraq Jalə xanım bu həftənin “Yerli Demokratiya” həftəsi olduğunu şagirdlərə çatdırdı. Bələdiyyə ərazisindəki əhali üçün “Açıq qapı” günlərinin təşkil olunmasını elan etdi. Sevil xanım isə öz çıxışında “ Bələdiyyə nədir? ” mövzusunda çox gözəl və ətraflı məruzə etdi. O, çıxışında bələdiyyənin yaranma günündən bu günə qədər həyata keçirdikləri işlərdən danışdı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı və bukletlər paylanıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi