Molla Pənah Vaqifin 305 illik yubleyi

    Gözəl şeir öz təravətini heç bir zaman itirmir.Əsrlər keçir,nəsillər bir-birini əvəz edir,əsil sənət əsəri olan şeirlər həmişə dodaqlarda səslənir,ürəklərə təsir edir,dillərdə əzbər olaraq yaşayır.Belə şeirlərin tərif və təbliğə ehtiyacı yoxdur.Onlar çap olunmasalar da öz ömürlərini ecazkar bir qüdrətlə uzadırlar.Elə bil sözlərin sehrkar quruluşu onlara yeni həyat və qüvvət verir.Əsrlərin imtahanından çıxıb unudulmayan belə əsərlər klassik irsimizin ən gözəl nümunələridirlər.Molla Pənah Vaqif də (1717-1797) öz təravətini əsrlərcə yaşadan klassik şerimizin ölməz nümunələrini yaratmış sənətkarlardan biridir.

    06.04.2022-ci il tarixində H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin kitabxanasında ədəbiyyat müəllimi Gülnarə Dadaşova 8a sinif şagirdləri ilə birlikdə Vaqif yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil etdilər.

    Şagirdlər öz çıxışlarında Vaqif yaradıcılığının ecazkar gözəlliyini bir daha vurğuladılar.Onun əsərlərindən nümunələr nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi