31 Mart-tarixi yaddaşımızdan silinməyən soyqırım

31.03.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin həyətində uyuyan iki naməlum türk əsgərinin məzarı Davam Gənclər Təşkilatının bir qrup gənci tərəfindən ziyarət edildi.31 Mart soyqırım günü ilə əlaqədar keçirilən bu tədbir gənclərimizin həmin günləri,erməni vəhşilikləri nəticəsində şəhid olanları heç vaxt unutmayıb,hər zaman böyük hörmətlə yad etdiklərini göstərdi.İki şəhid türk əsgərinin simasında gənclər 104 il bundan əvvəl Azərbaycan millətinə qarşı törədilən soyqırım nəticəsində həlak olanları ehtiramla yad etməklə bərabər,həm də iki qardaş xalqın Türkiyə-Azərbaycan dostluğundan bəhs etdilər.Abidə qarşısındakı iki dövlətin bayrağı 1918-ci ildə Bakı və ətraf qəsəbələrdə gedən döyüşlər zamanı əllərdə dalğalanırdı,bu gün də yenə qoşa dalğalandığını görməklə Azərbaycan və Türkiyə xalqının dostluğunun uzun illərin sınağından çıxdığını,daimi və əbədi olduğunu vurğuladılar.

Gənclər ziyarət zamanı 31 Mart azərbaycanlıların soyqırım gününə həsr edilmiş şagirdlərin çəkdikləri rəsm sərgisi ilə də tanış oldular.Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi