Qan yaddaşımız-31 Mart

    Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırım siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır.Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdır.Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsədə bu,mümkün olmadı və nəhayət həqiqət anı yetişdi.

    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı.Və nəhayət ki,uzun illər gizli saxlanılan üzərinə qadağa qoyulmuş həqiqətlər açıldı.

    1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil,bəşər tarixində də ən qanlı faciələrdən biridir.Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq,qoca,qadın demədən minlərlə insanı qılıncdan,süngüdən keçirdilər,diri-diri yandırdılar.

Tarixin səhifələrini vərəqlədikcə yeni-yeni faktlar,erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır.

    Hər il olduğu kimi Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş dəyirmi masa keçirildi.

    Dəyirmi masada məktəbin tarix müəllimi Səmayə Rzayeva və 8a sinif şagirdləri iştirak etdilər.Tədbiri keçirtməkdə məqsəd erməni vəhşilərinin xalqımıza qarşı törətdiyi düşünülmüş və planlı şəkildə davam edən soyqırım siyasətini yetişən nəslimizə unutdurmamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi