Bilik yarışı

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 28.03.2022-ci il tarixdə IX siniflər arasında Bilik yarışı keçirildi.

    Şagirdlərin bilik və bacarıqlarının,istedadlı uşaqların,gənclərin üzə çıxarılmasında bu yarışların çox böyük rolu vardır."Şanlı tariximiz"mövzusu altında keçirilən yarışda,doğma Azərbaycanımızın tarixindən,I və II Qarabağ müharibəsindəki Şanlı və Zəfər tariximizdən bəhs edən suallar şagirdlər tərəfindən hərtərəfli cavablandırıldı.

    Davam Gənclər Hərəkatının nümayəndəsi Heydər Mirzəyevin də yarışda iştirakı,həm də bir çox sualların məhz onun tərəfindən tərtib edilməsi yarışı daha da maraqlı etdi.

    Şagirdlərin vətənpərvər ruhda böyüməsində,tariximizi daha dərindən öyrənmələri üçün böyük əməkləri olan məktəbin 9-cu siniflərində tarix fənnini tədris edən müəllimlərdən Kərimli Məlahət, Məşədibəşirzadə Nüşabə və Rzayeva Səmayənin adlarını çəkmək olar. Gərgin və maraqlı keçən yarış sona çatdı.Məktəbin direktoru Mustafayeva Sevinc müəllimə toplanmış balları elan etdi,münsiflərin yekdilliklə gəldiyi qərara əsasən IX b sinfinin qalib olduğunu söylədi.II yerə IX d, III yerə IX c və IXa sinif şagirdlərinin layiq olduqlarını qeyd etdi. Şagirdlər fəxri diplomlarla təltif edildi. Sevinc müəllimə şagirdlərə öz tövsiyyələrini bildirdi,onların ruhdan düşməyərək, biliklərini daha da artıraraq,gələcək yarışlarda qalib olmaları üçün onlara uğurlar dilədi. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi