Yurdumuza bahar gəlir

    Novruz bayramı dünyanın ən qədim ən müdrik bayramlarından biri hesab olunur.Bu bayram xalqımızın həyata nikbin baxışının,təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır.İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətdə ən kütləvi xalq bayramıdır.

    Yurdumuza Novruz gəlir,bahar gəlir,yaz gəlir.Qaranquşların qanadında,yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində,ağacların,gül-çiçəklərin tumurcuğunda gəlir, xalqımızın Novruzu,yurdumuzun baharı.

    18.03.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Bahar çələngi"adlı silsilə tədbirlərimizə həsr olunmuş rəsm və rəqs müsabiqəsi keçirildi.Bir-birindən maraqlı kompozisiyalar nümayiş etdirildi.Sonda qaliblər müəyyən olunub,mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi