Novruz bayramı bədii ədəbiyyatda

    Novruz bayramı insanları bir-birinə yaxınlaşdıran, gözəl əhval-ruhiyə bəxş edən bir el bayramıdır. Novruz bayramını martın 21-də çox əlamətdar bir tarixdə qeyd edirik. Bu gün də gecə ilə gündüz bərabərləşir yeni bir fəslə-Bahar fəslinə qədəm qoyuruq.

    Novruz yeni gün deməkdir. Baharın gəlişi ilə yenilənən, yuxudan oyanan ana təbiət uzun, soyuq qışdan sonra yaşıl donunu geyinməyə tələsir.

    Bu gözəl bayram münasibətilə 15.03.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında ,,Bahar çələngi" adlı silsilə tədbirlərdən biri təşkil olundu. Tədbirdə iştirak edən şagirdlər ,,Novruz ensiklopediyası", ,,Azərbaycan bayatıları", "Azərbaycan folkloru" kimi bədii ədəbiyyat nümunələrinə müraciət edərək bir-birindən maraqlı səhnəciklər nümayiş etdirdilər.Tədbiri təşkil etdiklərinə görə müəllimlərimiz M.Nüşabəyə,Q.Tamirəyə və kitabxanaçımız S.Nigara öz dərin minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi