"Bahar çələngi."

    Novruz bayramı Azərbaycanda ən qədim bayramlardan biridir.Bu bayram Azərbaycana yazın gəlişini simvolizə edən,çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramıdır.

Təbiətin,həyatın oyanması novruzdan başlanır.Azərbaycan xalqı bu bayramı ruzi-bərəkət,bolluq bayramı kimi böyük təntənə ilə qeyd edir.

    Məktəbdə Novruzun qeyd edilməsinin əsas məqsədi şagirdlərə bayramın tarixi barədə daha dolğun məlumatlar vermək,milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına nail olmaqdan ibarətdir.

    Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəb də bu ənənələrdən kənarda qalmamış ,Novruza həsr olunmuş bir sıra silsilə tədbirlər keçirmişdir.

14.03.2022-ci il tarixində məktəbimizdə yenə də "Novruz çələngi"adlı tədbir təşkil olundu.Tədbirdə məktəbin tarix müəllimi M.Kərimli və VIII d sinif şagirdləri iştirak etdilər.

    Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirdilər,maraqlı səhnəciklər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi