Peşə məktəbinə ekskursiya

    Azərbaycan Respublikası Təhsil Nazirinin 29.07.2021-ci il tarixli F-382 nömrəli əmrinə əsasən "Ümum təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili"üzrə fəaliyyət planına əsasən     11.03.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin peşəyönümü koordinatoru Kərimova Sevinc, psixoloq Əsgərova Aygün, UBTR Orucova Şəfa və 9-cu sinif şagirdləri 5 N-li Texniki Peşə məktəbinə ekskursiya təşkil etdilər.

    Məktəbdə tədris olunan ixtisaslar,qəbul qaydaları barəsində ətraflı məlumat verildi,şagirdlərin sualları cavablandırıldı.Daha sonra şagirdlər əyani olaraq müəssisə ilə burada təşkil olunan təlim-tədris prosesi və iş mühiti ilə yaxından tanış oldular.Şagirdlər müasir peşə təhsilinin əsas istiqamətləri olan dekorator,videoçəkiliş üzrə operator,qrimçi-pastijor,kostyumçu,kompyuterlərin təmiri və xidməti üzrə texnik,florist və s. ilə bağlı məlumatlar əldə etdilər.

    Bugünkü ekskursiya şagirdlərin peşə seçimində böyük rol oynadı,maraq dairəsini genişləndirdi.

    Əminik ki,bu məktəbdə təhsilini davam etdirib,müxtəlif peşələrə yiyələnən şagirdlərimiz çox olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi