Bahar çələngi

    Novruz bayramı xalqımızın ən sevimli və ən əziz bayramıdır desək yanılmarıq.Biz digər bayramlarımızdan fərqli olaraq bu bayramı ayrı coşqu və həyəcanla qeyd edirik. Bəlkə bu bayram özümüzə daha doğma, daha yaxın hiss etdiyimizdən və bu "doğmalığın" çox uzun bir tarixi olduğundan irəli gəlir.

    Novruz bayramı təbiətlə, fəsillərin dəyişməsi ilə bağlıdır və bu bayram yer üzündəki canlı varlıqların həyatına oyanış, təzəlik, yeni başlanğıc gətirir.

    Novruz ərəfəsində keçirdiyimiz "Bahar çələngi"adlı silsilə tədbirlərimiz davam edir. 09.03.2022-ci il tarixdə məktəb həyətinin yaşıllaşdırılması məqsədilə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə ağacəkmə aksiyası keçirildi. Aksiyada məktəbimizin 5-7-ci sinif şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi