Mütaliə günü

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 28.02.2022-ci il tarixdə VIc sinif şagirdləri mütaliə günü keçirtdilər.

    Sinif rəhbəri Əzimova Gülnarə və kitabxanaçı Süleymanova Nigar şagirdləri diqqətlə dinlədilər.Şagirdlər kitabxanadan gördükləri bədii kitabları,istər uşaq ədəbiyyatı,istərsə də klassiklərin,şair və yazıçılarımızın əsərlərinin müəyyən hissələrini intonasiya ilə düzgün və səlist oxudular.Bir müddət əvvəl oxuduqları kitabların bəzilərinin onlarda hansı hisslərin yaranmasında böyük rol oynadıqlarını söylədilər.Əliyeva Xədicə,Alməmmədli Anar və Qafarov Rəvan özlərinin yazdıqları şeirlərini oxudular.Gənc şairlərin şeirləri böyük rəğbətlə qarşılandı.Balayeva Dilbər,Abbasova     Ləman,Osmanov Vaqif,Talıblı Yusif,Babaşov Təbriz,Tahirova Zəhra,Babazadə Rəsul və Qarayeva Esmira sərbəst halda,oxuduqları kitablar haqqında bədii cümlələrlə,digər sinif yoldaşlarına ətraflı məlumatlar çatdırmaqla bərabər,öz rəy və fikirlərini də bildirdilər.Kitabxanaya üzv yazılmış sinif yoldaşlarının belə gözəl oxu tərzini,fikir mübadiləsini görən sinfin digər şagirdləri də kitabxanaya üzv olmaq istəklərini bildirdilər.

    Gülnarə müəllimə şagirdlərini bu günki işini alqışladı,gələcəkdə də tez-tez mütaliə gününü keçirəcəklərini söylədi.Şagirdlərin sürətli oxu,savadlı olmaq və zəngin söz ehtiyatına malik olmaqla bərabər ,böyük auditoriyada tam sərbəst çıxışları üçün bu işin böyük əhəmiyyəti olduğunu vurğuladı.Kitab bilik mənbəyidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi