Sağlam qidalanma-sağlam həyat deməkdir

    Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir.Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur.Doğru olmayan qidalanmanın piylənmədən əlavə xəstəliklər yaratdığı məlumdur.Nəinki Azərbaycanda,eləcə də dünyada nəyi,necə və nə vaxt yemək barədə qaydalara olduqca az əməl edilir.

    02.03.2022-ci il tarixində H.Z.Tağıyev adına tam orta məktəbdə Sağlam qidalanma haqqında tədbir keçirildi:Tədbirdə"gündəlik normal qidalanma necə olmalıdır","doğurdanmı düzgün qidalanma insanın sağlamlığı üçün ən vacib amildir" kimi mövzulara toxunuldu.Bu mövzu ətrafında şagirdlər maraqlı fikir söylədilər ,videoçarxlar izlənildi,biologiya müəllimi Əliyeva Sevinc şagirdlərə sağlam qidalanma haqqında dəyərli məsləhətlərini verdi.Orqanizmin sağlamlığını qorumaq üçün qida rasionunuza bir daha ciddi nəzarət etməyinizi tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi