Sağlam bədəndə sağlam ruh olar

     İnsan bədəni hərəkət üçün yaranıb. Az hərəkətli həyat tərzi insanın tez yorulmasına, əval-ruhiyyənin enməsinə, bəzilərində isə depressiyaya gətirib çıxarır. İdman insan həyatının önəmli bir hissəsidir. İdman həm gözəllikdir, həm mədəniyyətdir. İdman çox problemlərin və xəstəliklərin əlacıdır. Fiziki məşq uşaqlara inkişaf etməyə, əzələləri möhkəmləndirməyə, özünə və gücünə inam inkişaf etdirməyə, yuxunun sağlam rejimini qorumaqa və gümrah olmaqa köməklik edir. Uşaqlıq dövüründə uşağın müxtəlif bacarıqlarının inkişaf etməsi üçün idmanın bütün növləri ilə məşgul olmasını sınaqdan keçirmək vacibdir. Çünki rahat və gözəl həyatın ən əsas şərtlərindən biri fiziki sağlamlıqdır desək yanılmarıq.         

    02.03.2022-ci il tarixində məktəbimizin akt zalında müxtəlif yarışlarda qalib olmuş idmançı şagirdlərimizlə görüş keçirdik, görüşdə idmançılarımız öz nailiyyətlərindən söhbət açdılar, idmanın insan saglamlığına çox önəmli olduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi