İmtahan həyəcanının yoxlanılması

    Bildiyimiz kimi 1-ci yarım illik qiymətləndirmə bitdikdən sonra çox qısa bir zamanda buraxılış imtahanlarına start verilir.Bu da həmin siniflərdə təhsil alan şagirdlərin özündən asılı olmayaraq həyəcan və təşvişinə səbəb olur.İlk öncədən bilinməsə də imtahan qabağı və imtahan nəticələri açıqlanana qədər şagirdlərin böyük bir qismində stress,depresiya,yorğunluq,qorxu,təşviş yaranır.Bu da sağlamlığa,psixoloji duruma siraət edir .Hətta nəticələr açıqlananda bele müxtəlif cavablar,şagirdlərin gözləntiləri,onları qane edən və etməyən ballar öz təsirini göstərir.

    Bu problemi aradan qaldırmaq məqsədilə 28.02.2022 ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin Psixoloqu Aygün Əsgərova IX-XI sinif şagirdləri ilə"İmtahan həyəcanını idarə olunması"adlı seminar təşkil etdi. İlk öncə şagirdlərin imtahan həyəcanını səviyyəsini öyrənmək məqsədilə onlarla diaqnostik test keçirdi,maarifləndirici söhbətlər apardı.Şagirdlərə imtahan öncəsi və imtahan zamanı həyəcanlarını aradan qaldırmaq məqsədilə lazımi tövsiyələr verdi,onları maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi