XOCALI SOYQIRIMINI UNUTMA!

    26 fevral 1992-ci sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə - eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər.

    Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri - insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eybi zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

    Bununla əlaqədar hər il olduğu kimi 25.02.2022-ci il tarixdə H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş"Xocalı soyqırımını unutma" adlı tədbir təşkil olundu.

    Tədbirdə şagirdlərə Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirildi,şeirlər söylənildi.Biri-birindən maraqlı səhnəciklər göstərildi. Xocalı faciəsinə həsr olunmuş mahnılar ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi