Qisası alınmış Xocalım!

    Müharibə bəşəriyyətin ən pis xəstəliyi,soyqırım isə heç sağalmayan yarasıdır.Tarixin elə ağrı-acılı,qanlı-qadalı səhifələri olub ki,onların dəhşətləri zaman keçdikcə üzə çıxır,yaralarından qan süzülür,sağalmasına heç bir ümid qalmır.Elə Xocalı müsibəti kimi.

    Xocalı faciəsi təsadüfi hadisə deyil,bu faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq,mübarizə əzmini qırmaq,tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.

    Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi.Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi,Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

    Xocalı soyqırımından artıq 30 il keçir.Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə ibtidai sinif şagirdləri ilə Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edirik.Tədbirimizdən fraqmentləri sizlərə təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi