Açıq dərslərimiz davam edir

    Açıq dərslərin təşkili məktəb rəhbərliyi və müəllimlərin üzərinə böyük məsuliyyət qoyur.İstənilən açıq dərs müəllimlə yanaşı,həm də məktəbin özünü,bir növ təqdim etməsidir.Bu təqdimatın uğurlu olması ona hazırlıq prosesində məktəb rəhbərliyi və açıq dərs verməsi planlaşdırılan müəllimin birgə əməkdaşlığından çox asılıdır.

    Açıq dərs müəllim üçün həmişə çətin bir sınağa çevrilir.Çünki açıq dərs müəllim tərəfindən təlimin keyfiyyətcə yüksəldilməsinə,yeniliklərin tətbiq edilməsinə yönəlmiş dərs nümunəsinin təqdim etməsidir.

    Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə açıq dərslərin təşkili davam edir.

Bu gün ki açıq dərslərdə qarşıdan gələn Xocalı soyqırımından da danışıldı.Mənfur düşmənimizin törətdiyi soyqırımdan videoçarxlar izlənildi,şagirdlər topladıqları məlumatları öz təqdimatlarında nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi