İrəvan Müəllimlər Seminariyası

    İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi əhəmiyyətli tarixi hadisədir.Bu seminariyanın varlığı sübut edir ki,Azərbaycan türklərinin əzəli torpaqları,dədə-baba yurdu olan Qərbi Azərbaycanda köklü,əsaslı maarifçilik ,elm,təhsil,mədəniyyət inkişaf etmişdir.İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə fəaliyyətə başlayıb.Seminariya mənbəyini türk mədəniyyəti,türk elmindən alıb və dahi şəxsiyyətlər yetişdirib.Seminariyanın 140 illik yubileyi ilə bağlı Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə silsilə tədbirlər keçirilməkdə davam edir.

    22.02.2022-ci il tarixdə məktəbin tarix müəllimi Kərimli Məlahət 8d sinif şagirdləri ilə İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirdi.Tədbirdə İrəvan Müəllimlər Seminariyasının bu maarif ocağının Azərbaycançılıq ideologiyasına böyük töhvələrindən söhbət açıldı.Seminariyanın böyük şəxsiyyətlər yetişdirməsindən danışıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi