"Günəşimdir mənim dilim"

    Ana dili bütün elmləri öyrənməyin açarıdır.Hər bir insan ilk növbədə öz dilini yaxşı bilməli,ədəbi dildə düzgün danışmağı və yazmağı bacarmalıdır.Bizim vətəndaşlıq borcumuz əsrlərin,nəsillərin yadigarı olan ana dilimizin saflığını,varlığını hər vasitə ilə yaşadıb,gələcək nəsillərə ötürməkdir.Ən qiymətli sərvətimiz olan ana dilimizi göz bəbəyimiz kimi qorumalı,ona daim qayğı ilə yanaşmalı,onun zənginləşməsi üçün əlimizdən gələni etməliyik.Çünki zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir,ölməzdir,parlaq gələcəyə malikdir.

    Dilimiz,bizim milli kimliyimiz,yüksək mənəvi dəyərimizdir.Hər bir insan öz dilini sevməli ona hörmət hissi ilə yanaşmalıdır.Unutmamalıyıq ki,onun qayda-qanunlarına əməl etmək hamımızın borcudur!

    Bu gün məktəbimizin kitabxanasında "Günəşimdir mənim dilim" mövzusunda ədəbi-bədii kompozisiya təşkil olundu.Bu tədbirdə 5b sinfinin dil ədəbiyyat müəllimi Qədirova Tamirə və məktəbin kitabxanaçısı Süleymanova Nigar çıxış etdilər.Tofiq Bayramın "Ana-dili"şeiri təhlil olundu.Sonra şagirdlərimizin ifasında dilimizə aid şeirlər və aforizmlər söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi