İrəvan Müəllimlər Seminariyası

    Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir.Keçmişi bilməmək yalnız indi baş verənlərin dərkinə deyil,həm də gələcəyə nüfuz etmək təşəbbüsünə mane olur.Keçmiş bu günlə bağlı olduğu kimi,həm də gələcəklə sıx bağlıdır.Təkcə bu günü deyil sabahı,gələcəyi dərindən dərk etmək,qiymətləndirmək baxımından da keçmişi yaxşı öyrənməli və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmalıyıq.Bu baxımdan İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Prezidentimizin Sərəncamı mühüm elmi-pedaqoji,siyasi,ideoloji,mədəni-mənəvi əhəmiyyət kəsb edir.Bu sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.

    14.02.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu" mövzusunda dəyirmi masa keçirildi.Dəyirmi masada məktəbin tarix müəllimi M.Nüşabə və 7c sinif şagirdləri iştirak etdilər.Tədbiri keçirməkdə məqsəd təhsil tarixinin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsinə, tədqiq və təbliğ olunmasına təkan verəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi