Layihə çərçivəsində yazılmış hekayələrin oxunuşu və müzakirəsi

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 10.02.2022-ci il tarixdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsi çərçivəsində "Ümumtəhsil müəssisələrinin "dişli çarxlar" modelində əməkdaşlığı-qardaşlaşmış məktəblər" layihəsinin növbəti mərhələsi baş tutdu.Bu mərhələdə 44 günlük Vətən müharibəsi haqqında ən yaxşı hekayə yazan şagirdlər təltifnamə və hədiyyələrlə mükafatlandırıldı.

    Hər bir şagird yazdığı hekayəni həyəcanla,böyük qürur və fəxrlə,vətənini sevən vətənpərvər bir övlad kimi oxudu.Oxunan bütün hekayələr sonradan,mövzunu əhatə etməsi baxımından müzakirə edildi.

    Birinci yer mükafatına 8d sinif şagirdi Abbasov Hüseyn layiq görüldü.Digər iştirakçı şagirdlər də fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.Toplantıda çıxış edən məktəbin direktoru Sevinc Mustafayeva və layihə rəhbəri Ceyhun Əsgərov şagirdlərə uğurlar arzuladılar.Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi