Zərərli vərdişlərə yox deyək

    Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 04.02.2022-ci il tarixdə məktəbin psixoloqu Əsgərova Aygün və UBTR Orucova Şəfa 6-11-ci siniflər arasında "Zərərli vərdişlərə yox deyək"! mövzusunda maarifləndirici, profilaktik söhbətlər apardılar.

    Şagirdlər zərərli vərdişlər və onların insan həyatına mənfi təsirləri haqqında maarifləndirildi və qarşısının alınması üçün tövsiyələr verildi.

Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir.

    Belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir.

    Tədbirdə məktəblilər tərəfindən narkomaniya və digər zəzərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edildi, videoçarxlar nümayiş olundu. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırıldı, məktəblilərin iştirakı ilə müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi