2 Fevral- Azərbaycan Gəncləri Günüdür

    Bu il Azərbaycan gəncləri öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirlər.

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.

    Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan gəncləri günü gündən daha da inkişaf etməkdədir.

    H.Z. Tağıyev adına 123 N li tam orta məktəbdə də istedadlı şagirdlərin aşkarlanması üzrə mühüm işlər aparılır.

02.02 2022-ci il tarixdə məktəbdə təhsil alan şagirdlər musiqi sahəsində olan qabiliyyət və bacarıqlarını nümayiş etdirdilər. Bir-birinin ardınca müxtəlif musiqi alətlərində səslənən əsərlər hamıya böyük zövq verdi. Gənc xanəndələr Süleymanzadə Sevinc və Həşimli Mətin gözəl səsləri ilə, Əliyeva Təranə və Əlizadə Əsra pianoda, Qafarova Fatimə kanon, Hacızadə Əvəzağa tar, Feyzullayev Rəsul nağarada gözəl ifaları, Quliyev Şirzad və Rzayev Vaqif gözəl rəqsləri ilə hamıda xoş təəssürat yaratdı.

    Gənc könüllü Mirzəyev Heydər gənc könüllülərin, hərəkatçıların hal-hazırda fəaliyyəti haqqında şagirdlərə məlumat verdi. Məktəbin direktoru Mustafayeva Sevinc tədbirdə iştirak edən şagirdləri qazandıqları nailiyyətlərə görə fəxri fərmanlarla təltif etdi. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi