Sənət bizi Tanrıya aparan körpüdür

    Rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan gözəl bir sənət növüdür. Rəssamlıq insanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə bölüşməyin ən maraqlı yoludur. Bəli, rəssamlıq dərin sənətdir.Bu isə ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb edir.

    Bu sənətin vurğunu olan, rənglərin dili ilə danışan, ömrünü-gününü rənglərə bağlayan rəssamlardan biri də H. Z Tağıyev adına 123 saylı tam orta məktəbin məzunu Cavid Xudaverdiyevdir.Uşaqlıqdan rəsmə, rəssamlığa böyük maraq göstərən Cavid məzunu olduğu məktəbin bir neçə müəllim və şagird heyətini öz emalatxanasına və rəsm qalereyasına dəvət etdi. Böyük məmnuniyyətlə qalereyanı seyr etdik. Həm böyüklər, həm şagirdlər tablolara böyük maraqla tamaşa etdilər.

    Onun sənət əsərlərində rəssamın xəyal dünyası, qəlbinin istəyini rənglərin dili ilə biruzə verməsi özünü göstərir. Tablolar insanı gələcəyə, xoş ümidlərə səsləməklə yanaşı, həm də nostalji hisslər oyadır.

    Emalatxanaya gələnlər arasında gələcəkdə rəssam olmaq istəyən şagirdlərimiz də var idi.. Cavid onlara öz məsləhətlərini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi