Düşünən oxucu

    İnsanin mənəvi aləminin zənginləşməsində mühüm və əhəmiyyətli vərdişlərdən biri də kitab oxumaqdır. Oxumaq kimi müsbət vərdişləri davamlı, ardıcıl və əzmkarlıqla həyata keçirdikdə böyük nəticələr əldə etmək mümkündür. Hər gün davamlı olaraq oxumaqla mütaliə bacarığı tez bir zamanda sürətlənər.

Məktəb,mütaliə alışqanlığının yaranması və inkişafında ən mühüm və təsiredici məkandır.

    Ümum təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında yanvarın 5-dən "Düşünən oxucu"müsabiqəsi keçirilir. Müsabiqəni keçirtməkdə məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşmasıdır.

    Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə də "Düşünən oxucu" müsabiqəsinə start verilib. Müsabiqə çərçivəsində şagirdlər məktəbin kitabxanasında verilmiş kitablar əsasında müəyyən olunan bir əsəri oxuyurlar. Bədii əsərin mövzu və ideyasını təhlil edirlər.

    Şagirdlər oxuduqları kitablar sayəsində özlərini ifadə etmək yollarını öyrənir və bunu əsər üzərində tətbiq edirlər.

    Şagirdlər arasında kitab oxuma mühitinin yaranması, onların düşüncə keyfiyyətlərinin, öyrənmə bacarıqlarının, ictimai şüurun, təhsil səviyyəsinin yüksəlməsinə, cəmiyyətdə ictimai rolunun müəyyənləşdirilməsinə vasitəçidir.

    Gənc, sağlam, yaradıcı zehinə sahib olmaq istəyirsənsə müntəzəm oxu...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi